Bzinesinizi Böyütmək İstəyirsiniz?
GRC şirkəti 2020-ci ildən etibarən “Avropa Yenidənqurma və İnkişaf Bankınin (EBRD) Kiçik Biznesə dəstək proqramı çərçivəsində məsləhətçi şirkətdir. Bizimlə əməkdaşlıq edən şirkətlərə sərfəli fürsətlərlə dəstək olmağımıza şərait yaradırıq.
“Avropa Yenidənqurma və İnkişaf Bankı” kiçik və orta biznes müəssisələrinə böyümək, uğur qazanmaq, sonra təkrar böyümək, yerli iqtisadiyyatları, daha sonra isə regionlar üçün əsl katalizator olmaq istiqamətində yardım edir və kiçik və orta biznes müəssisələrini inkişaf etdirmək üçün yerli məsləhətçilərlə əlaqələndirir. Beləki, GRC Liderlik Konsultasiya Şirkətinin müştəriləri ilə çalışacağı hər hansı bir layihə çərçivəsində ümumi xidmət haqqının 50% civarındakı məbləğ AYİB-in Kiçik Biznesə Dəstək proqramı tərəfindən qarşılana bilər. Bunun üçün benefisiar şirkət, həmçinin konsaltinq layihəsinin iş həcmi AYİB-nin uyğunluq meyarlarına cavab verməlidir. Bu proqram vasitəsilə GRC də ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına şərait yaradılmasında öz dəstəyini göstərmiş olacaqdır.
Avropa Yenidənqurma və İnkişaf Bankının Kiçik Biznesə Dəstək proqramı çərçivəsində reallaşdıracağımız layihələrimizdə əsasən aşağıdakı məsləhət xidmətlərini təqdim edirik:
- Yüksək menecment axtarışı və idarə heyəti xidmətləri
- Beynəlxalq işə düzəltmə və müvəqqəti rəhbər xidmətləri
- Liderlik və korporativ mədəniyyət üzrə məsləhət xidməti
- İdarəçilik
- məsləhətləri
- Təlim xidmətləri
- Kouçinq xidmətləri
Fəaliyyət sahəmiz isə aşağıdakılardan ibarətdir:
- IR GRC
- Liderlik və korporativ mədəniyyət
- Təşkilatlanma
- Kadr təminatı
- Öyrənmə və inkişaf
- Performans və qiymətləndirmə
- Mükafatlandırma
- İşçi əlaqələri və kadr uçotu
- SƏTƏM (HSE)
GRC ilə AYİB arasında əməkdaşlığa əsaslanan layihələrimizdən faydalanacaq kiçik və orta müəssisələr yerli məsləhət xidməti almaq üçün aşağıdakı meyarlara uyğun gəlməlidirlər:
- İşcilərin sayı 15-dən 250-yə qədər olmalıdır
- İllik dövriyyə 50 milyon avrodan və ya maliyyə sənədləri 43 milyon avrodan aşağı olmalıdır
- Müəssisə özəl olmalı və yerli vətəndaşa məxsus olmalıdır
- Minimum 2 il fəaliyyət göstərməlidir
- Fəaliyyət sahələri: Müəssisə AYİB-ın fəaliyyət göstərdiyi hər hansı sektorda (bank, maliyyə xidmətləri, sığorta istisna olmaqla) fəaliyyət göstərməlidir. Qadağan olunmuş sektorlara və fəaliyyət sahələrinə dair bəzi məhdudiyyətlər mövcuddur (məs, tütün sənayesi, mərc oyunları, vəhşi heyvanlar sahəsində ticarət, pestisid və herbisidlərin ticarəti)
Proqramın Azərbaycandakı fəaliyyəti AYİB-in Kiçik Biznesə Təkan Fondu (İtaliya, Yaponiya, Koreya, Lüksemburq, İsveçrə, İsveç, Norveç, ABŞ, Çin Taipei), Avropa İttifaqı, Türkiyə - AYİB Texniki Əməkdaşlıq Fondu və İsveç höküməti tərəfindən maliyyələşdirilir.
Sizlərlə əməkdaşlıq etməkdən məmnunluq duyarıq! Ətraflı məlumat üçün [email protected] emaili vasitəsilə və ya +99450 2049 249 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
GRC HAQQINDA
“GRC Liderlik Konsultasiya Şirkəti” 2016-cı ildə də öz peşəkar fəaliyyətinə başlamışdır. GRC, həm region ölkələrində həm də Azərbaycanda özəl və qeyri-kommersiya təşkilatlarına xidmət göstərən bir Liderlik Konsaltinq şirkətidir. Bizim əsas işimiz təşkilatların istədiyi doğru insanı tapmaqla və rəhbərliyə doğru menecment həlləri xidmətini göstərməklə ”Pazlın əksik hissəsini” tamamlamaqdır. GRC şirkətinin əsas dayaqları etibarlılıq və profesionallıqdır. Biz müştərilərimizə qlobal düşüncə (mədəni fərqlilikləri tanımaq və hörmət etmək) ilə xidmət edirik. Bu səbəbdən məsləhətçilərimizi yalnız müştərilərə xidmət edərkən sübut olunmuş təcrübə və etik standartlara malik mütəxəssislərdən seçirik. Şirkətimiz FMCG-dən Maliyyə, IT-dən B2B firmalarına qədər hər cür biznesə yeni, qabaqcıl və davamlılıq göstərən yüksək menecment axtarışı xidməti göstəririk.